25.01.2022

Sinif rəhbərləri üçün "Effektiv ünsiyyət" adlı ödənişsiz onlayn təlimlər

Fevral ayından sinif rəhbərləri üçün “Effektiv ünsiyyət” adlı ödənişsiz onlayn təlimlər təşkil olunacaq. 

12 saat nəzərdə tutulan təlimlər zamanı müəllimlər səmərəli ünsiyyətin müxtəlif texnikaları ilə tanış olacaqlar və praktik məşğələlər əsasında onların tətbiqi yollarını öyrənəcəklər. Praktik məşğələlərdə müxtəlif real situasiyalar təklif ediləcək və müzakirə yolu ilə ən effektiv ünsiyyət formaları təsvir olunacaq.

Təlimi uğurla bitirən iştirakçılara sertifikat veriləcək.

Təlimlərdə iştirak etmək istəyən sinif rəhbərləri 27 yanvar 2022-ci il tarixinə qədər müvafiq link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: 

https://bit.ly/3IuO3vK