19.07.2017

Region müəllimləri üçün sonuncu işə qəbul sınaq imtahanı

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi 22 iyul tarixində region müəllimləri üçün SONUNCU işə qəbul sınaq imtahanını keçirəcək!

Ağcabədi və ətraf regionlarda yaşayan müdavimlər üçün nəzərdə tutulan SONUNCU Elektron Sınaq imtahanı Ağcabədi şəhəri, “GÜMRÜ” kompüter kursunda təşkil olunacaqdır. Real imtahan şəraitini hiss etmək istəyən şəxslər aşağıdakı əlaqə vasitələrindən istifadə edərək 21 iyul saat 22:00-a qədər qeydiyyatdan keçə bilərlər. Elektron sınaq imtahanına qeydiyyat 8 AZN-dir.

QEYDİYYAT üçün məlumat:
Əlaqələndirici şəxs: Dəyanət Fərzəliyev
Telefon: +99450 967 68 68; +99451 720 56 56 (whatsapp)