12.08.2022

"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində görüşlər keçirilir

"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində təlim iştirakçılarının əmək bazarına daha rahat adaptasiyası məqsədilə bu sahədə perspektivli və rəqabətə davamlı mühit formalaşdırmış təşkilatların əməkdaşları və şirkətlərlə görüşlər keçirilir.

11 avqust tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində baş tutan görüşdə spiker qismində "Metafluence" şirkətinin həmtəsisçisi və idarə heyətinin üzvü Elşad Yusifli və "Tensorflow" işçi qrupunun təsisçisi Murad Əlili çıxış ediblər. Elşad Yusifli "Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində həyata keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb. Murad Əlili isə virtual dünya, məlumat mərkəzinin ixtira olunması, rəqəmsal pul kisələri, elektrikli nəqliyyat vasitələri, avtomatlaşdırma, çatdırılma dronları, orbital aerokosmik, 3D çap, hüceyrə və gen terapiyası kimi mövzular barədə danışıb.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, görüşdə ARTİ əməkdaşları və müvafiq sahə üzrə təhsil alan tələbələr iştirak ediblər.