14.07.2022

Müəllim olmaq istəyənlərin nəzərinə!

Bu gündən etibarən MİQ müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı Təhsil TV-də canlı müzakirə təşkil olunacaq.

 

Ekspertlərin iştirakı ilə aparılacaq müzakirədə test imtahanı mərhələsində  namizədlərə təqdim olunmuş ixtisas üzrə suallara toxunulacaq, həmçinin cavab variantları elan olunacaq.

 

Müzakirələr test imtahanı mərhələsi ərzində hər günün sonunda təşkil olunacaq.

 

İlk müzakirəni bu gün saat 19:00-da Təhsil Nazirliyinin və Təhsil TV-nin "Facebook" səhifələri üzərindən izləyə bilərsiniz. 

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində təqdim olunan tədris metodikası və təlim strategiyalarına aid sualların müzakirəsi isə test imtahanı mərhələsi yekunlaşdıqdan sonra aparılacaq.