11.07.2022

ARTİ vakansiya elan edir

ARTİ “İnklüziv sinif təşkil edilən ümumtəhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” layihəsi çərçivəsində “Məzmun üzrə mütəxəssis” vakansiyası elan edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə Fəaliyyət Planına əsasən icra olunan layihənin məqsədi inklüziv sinif təşkil edilən ümumtəhsil müəssisələrinin şəbəkəsini genişləndirmək, Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.  

İş haqqında məlumat:

Məzmun üzrə mütəxəssis layihə boyunca bütün məzmun işlərinə və hesabatlılığa məsuliyyət daşıyacaq. Belə ki, mütəxəssis məktəblərlə, təlimçi/mentorlarla daim əlaqə saxlayacaq, onlara məzmun üzrə müvafiq dəstək göstərəcək və layihə çərçivəsində hazırlanan materialların məzmununa nəzarət edəcək. Bundan əlavə, mütəxəssis təlimçilərin təlimini keçəcək, monitorinq meyarlarını hazırlayacaq, məktəblərə monitorinq və metodiki dəstək məqsədli səfərlər edəcək.  

Tələblər:

  • Müvafiq sahədə iş təcrübəsi;
  • Müvafiq sahədə ali təhsil;
  • İnklüziv və xüsusi təhsil sahələrində səriştəlilik;
  • Müvafiq sahədə təlimlərdə iştirak arzuolunandır;
  • Liderlik və problem həll etmə bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qabiliyyəti;
  • Microsoft Office proqramları ilə işləmə bacarığı;
  • Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı;
  • Hesabatlılıq;
  • Ölkədə inklüziv təhsilin inkişafına maraq.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslər CV-lərini 15.07.2022-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Məzmun üzrə mütəxəssis” başlığı altında göndərə bilərlər.