07.07.2022

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan olundu

2022-2023-cü tədris ili üzrə 22 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub. 

Nəticələr ilə şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) şəxsi kabinetə daxil olaraq tanış ola bilərsiniz.

Nəticələrlə tanış olduqdan sonra, seçim edilən 3 lisey yaxud gimnaziyadan hər hansı birinə qəbul olan şagirdlərin valideynləri 15 iyul tarixinədək şagirdlərin qəbul olduğu lisey yaxud gimnaziyanı şəxsi kabinetdə video təlimatda qeyd olunduğu kimi təsdiqləməlidir.

Qeyd olunan tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri valideynlər tərəfindən təsdiqlənmədiyi halda ləğv ediləcək.

Lisey yaxud gimnaziyaya qəbul olan və valideynlər tərəfindən təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.

Qeyd edək ki, 10499 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak edib.