Olimpiada

İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və rəğbətləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır. Burada əsas  məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, bilklərə marağı artırmaq və özünə inam hisslərini göcləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək lə onların potensial imkanlarının inkişafını təmin etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya,informatika fənləri üzrə təşkil edilir.

Aparılan məqsədyönlü işlərin nəticəsində məktəblərdə ayrı-ayrı fənlər üzrə olimpiadalarda iştiraka layiq xeyli şagirdlər seçilir və onların hazırlığına nəzarət gücləndirilir. Bütün bunlar olimpiada hərəkatına təkan verən amillərdən birinə çevrilmişdir. I-III yerlərin qalibləri diplom və medallarla, IV yerin qalibləri isə tərifnamələrlə təltif edilirlər.