Doktorantura və Dissertantura

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli sərəncamı ilə yaradılan Təhsil Problemləri İnstitutunda (ARTPİ) keçmiş aspirantura şöbəsinin bazasında yeni yaradılmış “Elmi-pedaqoji kadrların hazırlanması” şöbəsi, 2014-cü ildə İnstitutda aparılan struktur dəyişikliyindən sonra şöbənin adı redaktə olunur və “Elmi-pedaqoji kadr hazılığı” şöbəsi kimi fəaliyyətini uğurla davam etdirir. 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli, 349 №-li fərmanında dəyişiklik edilərək institutun adı Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılıb.  Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsi institutun struktur vahidi olub, onun nizamnaməsində formalaşmış ümumi və öz əsasnaməsinə uyğun vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. O öz işini “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa (2009-cu il) əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli, 129 №-li qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na, İnstitutun Nizamnaməsi, şöbənin əsasnaməsi və illik fəaliyyət planına əsasən qurur. Şöbə işini institutun nəzdində olan bütün şöbələrin müvafiq əməkdaşlıqları, elmi müxbirləri, doktorant və dissertantları ilə əlaqələndirir, fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertant hazırlığına rəhbərlik edir. ARTİ-nin struktur şöbəsi olaraq ölkənin ali təhsil müəssisələri, AMEA-nın institutları, təhsil mərkəzləri və qurumları ilə yaxın əməkdaşlıq edir. Yerli və xarici (dövlət və özəl olmaqla) təhsil sisteminin idarəetmə strukturlarının doktorantura şöbələri ilə əməkdaşlığını qurur, müvafiq sahə üzrə təhsil sahəsində maarifləndirmə mexanizmini hazırlayır. Beynəlxalq əməkdaşlığa əsasən universitetlərarası və qurumlararası ikitərəfli razılaşmalar, anlaşma memorandumları, əməkdaşlıq protokolları və digər bu kimi hüquqi vasitələr çərçivəsində həyata keçirilir. Doktorant və dissertantların səmərəli fəaliyyət göstərmələrinə elmi rəhbərlər faydalı məsləhətləri ilə yaxından kömək göstərirlər. Xüsusilə institutun professorlarından Y.Ş. Kərimov, Ş.A. Mikayılov, V.C. Xəlilov, A.N. Abbasov, P.B. Əliyev, İ.H. Cəbrayılov, R.İ. Əliyev, R.L. Hüseynzadə; F.B. Sadıqov, M.C. Mahmudov, F.A. Hüseynov, D.Ə. İsmayilova, Bakı Dövlət Universitetinin professorlarından H.Ə. Əlizadə, L.N. Qasımova, M.Ş. Babayev, Ə.Ə. Əliyev, K.İ. Xudaverdiyev, A.C. Hacıyev; R.L.Sultanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorlarından F.A. Rüstəmov, M.S. Cəbrayılov, M.İ. Murquzov, Ə.T. Baxşəliyev, S.M. Quliyev, S.S. Həmidov, A.S. Adıgözəlov, Q.E. Əzimov, M.M. Əmirov; M.İ. İlyasov, Q.Ş. Kazımov, M.M. Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasından akademik R.M. Əliquliyev, E.K. Əlizadə; Rusiya Dövlət Təhsil Akademiyasından akademiklər Ş.A.Amonaşvili, H.H. Əhmədovun və onlarla fəlsəfə doktorlarının yetirmələri dissertasiyalarını vaxtında və uğurla müdafiə etmiş və qalanlarıda tədqiqatlarını davam edirlər. Hazırda institutda çalışan elmi işçilərin əsas hissəsi onun doktoranturasının yetişdirməsidirlər. İnstitutun hazırladığı yüksək ixtisaslı kadrlar eyni zamanda respublikamızın müxtəlif pedaqoji və elmi müəssisələrində, eləcə də Azərbaycan Respublikasının Təhsil Nazirliyində çalışırlar. İnstitutun yetirmələri respublikanın müxtəlif elmi və pedaqoji təhsil müəssisələrində elmi işçi, baş müəllim, dosent, professor, kafedra müdiri, prorektor və rektor kimi fəaliyyət göstərirlər.