29.06.2018

Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

İyunun 29-da Təhsil İnstitutunda (ARTİ) Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şurasının (PPPEŞ) növbəti iclası keçirilib.

İclasda Respublikanın 9 ali təhsil və elmi-tədqiqat müəssisəsindən daxil olmuş 8-i elmlər, 18-i fəlsəfə doktorluğu hazırlığı üzrə 25-i pedaqogika, 1-i psixologiya sahələri istiqamətində olmaqla, ümumilikdə 26 dissertasiya mövzusu müzakirə olunub.

İlk öncə Şuranın sədri professor İntiqam Cəbrayılov çıxış edərək qeyd edib ki, Pedaqogika  və  Psixologiya  Problemləri  üzrə  Elmi  Şuranın 16 may 2018-ci il tarixli iclasından sonra ötən müddət ərzində PPPEŞ-a ölkənin 8 ali təhsil və 1 elmi-tədqiqat müəssisəsindən ümumilikdə 26 (onlardan 14-ü Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası; 11-i Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi, 1-i isə Pedaqoji psixologiya) elmi-tədqiqat işinin mövzusu ilə bağlı məlumat daxil olub. Bunlardan Azərbaycan Respublikasının Təhsil İnstitutundan – 2, Bakı Dövlət Universitetindən – 1, Azərbaycan Dillər Universitetindən – 6, Bakı Slavyan Universitetindən – 4, Azərbaycan Dövlət Pedaqoji Universitetindən – 6, Bakı Musiqi Akademiyasından – 1, Gəncə Dövlət Universitetindən – 4, Naxçıvan Dövlət Universitetindən – 1, Odlar Yurdu Universitetindən – 1 mövzu təqdim edilib.

Bundan əlavə, müzakirəyə çıxarılan bütün dissertasiya mövzuları müvafiq qaydada Şuranın elektron qeydiyyat bazasına yerləşdirilib.

Müzakirədə PPPEŞ-in sədri, professor İntiqam Cəbrayılovla yanaşı, professor Yəhya Kərimov, professor Akif Abbasov, professor Hümeyir Əhmədov, professor Fərrux Rüstəmov, professor Ramiz Əliyev, dosent Ənvər Abbasov, dosent Əli-Paşa Zeynalov, dosent Asif Hacıyev və digər alimlər, təqdim olunmuş dissertasiya mövzularının müəllifləri, onların elmi rəhbər və məsləhətçiləri, həmçinin mövzulara müvafiq rəy verən alimlər iştirak edib.

Nəticədə 19 mövzu olduğu kimi, 7 mövzu isə müvafiq redaktə və düzəlişlərlə qeydə alınaraq “Yekun Əlaqələndirmə Planı”na daxil edilib.

Qeyd edək ki, təqdim olunan elmi-tədqiqat işlərinin mövzularına ölkəmizin alimləri tərəfindən müvafiq rəy verilmiş və onların Şura üzvlərinin müzakirəsinə çıxarılması tövsiyə edilmişdir.