13.12.2017

"Müasir müəllim" layihəsi üzrə işlər başa çatmaq üzrədir.

Qusarda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Müasir müəllim” layihəsi çərçivəsində işlər yekunlaşmaq ərəfəsindədi.

Layihənin əsas məqsədi təhsildə informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə müəllimlərin bilik və bacarıqlarnı formalaşdırmaq və müəllimləri öz peşə fəaliyyətlərində İKT-dən səmərəli istifadəyə hazırlamaqdan ibarətdir. Bu məqsədlərə çatmaq üçün layihə çərçivəsində müasir dərsdə informasiya və komunikasiya texnologiyaların rolunu anlamaq, müəllimlərin peşə fəaliyyətində elektron təhsil resurslarından (ETR) istifadə və tətbiq imkanları barədə məlumat vermək, bilik və bacarıqlarını təkmilləşdirmək, dərs və dərsdənkənar məşğələlərin təşkilində İKT vasitələrindən istifadənin müasir üsul və metodları ilə müəllimləri tanış etmək istiqamətində işlər görülməkdədir.

Layihə çərçivəsində son 6-7-ci qruplarımız iki növbə(bir qrup səhər, digəri günorta) olaraq 04.12.2017-ci il tarixində Qusar şəhəri 2 və 4 nömrəli tam orta məktəbdə təlimlərə başlamış və 08.12.2017-ci il tarixində təlimləri bitirmişdir. 24 (12+12) müdavimin iştirak etdiyi təlimin məqsədi Elektron Təhsil Resurslarının yaradılmasında bilik və bacarıqlarını artırmaq, dərslərində ETR-dən düzgün istifadə etmə yollarını göstərmək və onları təhsilə yararlı saytlarla tanış etmək olub. 

Bələliklə “Müasir müəllim” layihəsi çərçivəsində Qusar şəhər məktəblərində çalışan 7 qrup üzrə cəmi 85 müəllimin təlimlərdə iştirakı təmin edilib.

Fərdi kateqoriyada Kamran Əliyevin qalib olmuş "Müasir müəllim" layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.