XƏBƏRLƏR
-
11.10.2022
Azərbaycan məktəbliləri ilk dəfə "EGOI 2022" - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edəcək
ARTİ-nin təşkilatçılığı və "Azercell Telekom" MMC-nin dəstəyi ilə Azərbaycan məktəbliləri ilk dəfə "EGOI 2022" - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edəcək. 16-23 oktyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində təşkil olunacaq beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunacaq. -
11.10.2022
"Refleksiv müəllim" layihəsi üzrə coğrafiya fənnindən seminar təşkil edilib
ARTİ MDPİM tərəfindən təşkil edilən "Refleksiv müəllim" layihəsi üzrə seminarlar davam edir. 10 oktyabr tarixində Mirzə Ələkbər Sabir adına 259 nömrəli tam orta məktəbdə coğrafiya fənni üzrə seminar təşkil edilib. Seminarda məktəbin coğrafiya müəllimi Elnarə Məmmədova 9-cu sinif dərsliyində olan "Cənubi Amerikanın relyefi" mövzusu üzrə dərs icmalı təqdim edib. -
10.10.2022
BDU, ADPU və AzTU-nun "SABAH Magistratura" tələbələri üçün "İş yoxsa Karyera" mövzusunda vebinar təşkil olunub
8 oktyabr 2022-ci il tarixində ARTİ-nin təşkilatçılığı ilə "SABAH Magistratura" proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) "Kompüter elmləri və texnologiyaları", Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) "Təlim və tədrisin təşkili və metodikası", Azərbaycan Texniki Universitetinin (AzTU) "Logistika və nəqliyyat" ixtisaslaşmaları üzrə təhsil alan tələbələri üçün vebinar təşkil olunub. -
10.10.2022
Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu ilə bağlı tez-tez verilən suallar
1. İştirak linkini necə əldə edə bilərik? Qeydiyyatdan keçən şəxslərə iştirak linki Beynəlxalq Forumdan bir neçə gün öncə e-mail vasitəsi ilə göndəriləcək. Bu barədə məlumat "Facebook" və "Instagram" səhifəmizdə paylaşılacaq. -
10.10.2022
ARTİ MDPİM tərəfindən Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində "Planlaşdırma" təlimlərinə start verilib
ARTİ MDPİM tərəfindən 3-6 oktyabr tarixlərində Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində "Planlaşdırma" təlimlərinə start verilib. Təlimlər Bakı şəhəri 18, 35, 38, 51, 154 və 173 nömrəli tam orta məktəblərdə təşkil edilib. -
07.10.2022
"Refleksiv müəllim" layihəsi üzrə ibtidai siniflər üçün riyaziyyat fənnindən seminar keçirilib
ARTİ MDPİM tərəfindən həyata keçirilən "Refleksiv müəllim" layihəsi üzrə seminarlar davam edir. 6 oktyabr tarixində 108 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin ibtidai sinif müəllimi Aybəniz Cəfərova 1-ci sinif riyaziyyat dərsliyində olan "Əşyanın əlaməti" mövzusu üzrə dərs icmalı təqdim edib. -
06.10.2022
ARTİ MDPİM tərəfindən "Refleksiv müəllim" layihəsi üzrə həyat bilgisi fənnindən seminar keçirilib
ARTİ MDPİM tərəfindən 5 oktyabr tarixində "Refleksiv müəllim" layihəsi üzrə həyat bilgisi fənnindən seminar keçirilib. 106 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin müəllimi Günay Səfərova 7-ci sinif dərsliyində olan "Sağlamlığımızın qayğısına qalaq" mövzusu üzrə dərs icmalı təqdim edib. -
06.10.2022
"Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası" üzrə keçirilən təlimçi hazırlığı təlimləri davam edir
ARTİ MDPİM tərəfindən "Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası" üzrə ixtisasartırma proqramı çərçivəsində keçirilən təlimçi hazırlığı təlimləri davam edir. Təlimlərin keçirilməsində əsas məqsəd gələcəkdə ixtisasartırma təlimlərini həyata keçirəcək pedaqoji kadrların təkmilləşdirilməsi və müvafiq istiqamətdə səriştələrinin inkişaf etdirilməsidir. -
05.10.2022
Bir neçə lisey və gimnaziyada 5,6,7,8-ci siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilib
4 oktyabr tarixində mərkəzləşdirilmiş imtahanla qəbulu həyata keçirilən bir sıra lisey və gimnaziyalarda 5,6,7,8-ci siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilib. Qeyd edək ki, diaqnostik qiymətləndirmənin keçirilməsinin məqsədi şagirdlərin bilik səviyyələrini öyrənmək və təlim ehtiyaclarını müəyyənləşdirməkdən ibarətdir.